Voleybol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının təqvimi açıqlanıb. Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mübarizəyə kişilərdən ibarət komandalar başlayacaqlar.
Noyabrın 3-də keçiriləcək ilk turda “Nəqliyyatçı” “Lokomotiv”lə, “Naxçıvan” “Sumqayıt”la, “Neftçi” isə MOİK-lə üz-üzə gələcək. Açılış mərasimi saat 16:00-da olacaq.
Qadınların yarışı isə noyabrın 8-də start götürəcək. İlk turda “Telekom” “Azəryol”la, “Azərreyl” “Lokomotiv”lə qarşılaşacaq. Bu komandalardan əlavə, çempionatda Gürcüstan komandası da çıxış edəcək.
Azərbaycan çempionatı (kişilər)
I dövrənin təqvimi
3 – 7 noyabr, Naxçıvan şəhəri
| Tarix | Saat | Oyunlar | I tur |
| 03.11.2016 | 14.00 | Nəqliyyatçı – Lokomotiv | |
| 16:00 | Açılış mərasimi | ||
| 16.30 | Naxçıvan – Sumqayıt | ||
| 18:00 | Neftçi – MOİK |
| 04.11.2016 | 12:00 | Lokomotiv – Naxçıvan | II tur |
| 14:00 | Neftçi – Nəqliyyatçı | ||
| 16.00 | Sumqayıt -MOİK |
| 05.11.2016 | 12.00 | Sumqayıt – Nəqliyyatçı | III tur |
| 14:00 | Naxçıvan – MOİK | ||
| 16.00 | Lokomotiv-Neftçi |
| 06.11.2016 | 12.00 | Neftçi – Sumqayıt | IV tur |
| 14:00 | Nəqliyyatçı – Naxçıvan | ||
| 16.00 | Lokomotiv-MOİK |
| 07.11.2016 | 10:00 | Sumqayit-Lokomotiv | V tur |
| 12:00 | Nəqliyyatçı-MOİK | ||
| 14:00 | Neftçi-Naxçıvan |
Super Liqa (qadınlar)
I dövrənin təqvimi
| Tarix | Saat | Oyunlar | Keçirilmə yeri | I tur |
| 08.11.2016 | 16.00 | Telekom – Azəryol | Dərnəgül Voleybol Mərkəzi | |
| 18.30 | Azərreyl – Lokomotiv | Dərnəgül Voleybol Mərkəzi |
| 12.11.2016 | 16.00 | Lokomotiv – Azəryol | Dərnəgül Voleybol Mərkəzi | II tur |
| 18.00 | Azərreyl – Telekom | Dərnəgül Voleybol Mərkəzi |
| 16.11.2016 | 17.00 | Telekom – Lokomotiv | Gənclik Olimpiya Mərkəzi | III tur |
| 17.00 | Azəryol – Azərreyl | Dərnəgül Voleybol Mərkəzi |


Boyukmillet.com Biz yanmasaq vətən yanar
