Cümə , 4 Oktyabr 2024
Drone Cameras

Şirvanda sahibkarlar üçün interaktiv treninq keçirilib

İqtisadiyyat Nazirliyi Şirvan şəhərində sahibkarlıq subyektləri üçün interaktiv treninq keçirib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, treninqdə iştirakçılara Azərbaycanda investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib. Bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bugünədək 64 sahibkarlıq subyektinə 67 investiya təşviqi sənədi, 42 sahibkarlıq subyektinə isə 115 təsdiqedici sənəd verilib. Bu layihələrin ümumi investisiya dəyəri 827,9 mln. manat təşkil edir. Sözügedən layihələr çərçivəsində 5 mindən çox iş yerinin açılması nəzərdə tutulur.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir