Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə sürətlə inkişaf edir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində təcrübənin öyrənilməsi də vacibdir.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev QHT sahəsində Türkiyə ilə əməkdaşlıq imkanlarını və onun əhəmiyyətini şərh edərkən ifadə edib.
Səfər çərçivəsində Türkiyə QHT-lərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını diqqətə çatdıran Vüsal Quliyev deyib ki, Azərbaycanın da bu sahədə zəngin təcrübəsi var. Bu, Türkiyə üçün də maraqlıdır. Biz qarşılıqlı əməkdaşlıq çərçivəsində fəal təcrübə mübadiləsi aparmalıyıq.