Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

WSJ: Aİ Trampın bugünkü görüşdə Zelenskiyə təzyiq göstərəcəyini düşünür

Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampın 18 avqustda keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya-Ukrayna münaqişəsinin rəsmi Moskva tərəfindən təklif olunan sülh şərtlərini qəbul etməsi üçün təzyiq göstərəcəyini gözləyirlər.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti yazır.

Qəzetin məlumatına görə, avropalılar Zelenskinin əsas vəzifəsinin Trampı münaqişənin tezliklə dayandırılması üçün daha üstün alternativlər olduğuna inandırmaq olduğunu düşünürlər.

Nəşr qeyd edir ki, Avropa nümayəndələri şəxsi qaydada etiraf edirlər ki, Ukrayna bütün ərazilərini qaytara bilməyəcək, lakin itkiləri minimuma endirməkdə və Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarını Rusiyanın ərazisi kimi tanımamaqda israr edirlər.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …