Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Xırdalanda dəm qazından 5 nəfər dünyasını dəyişdi

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub. 

Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.

Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir. 

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

***

12:55

Abşeron rayon Polis idarəsindən verilən məlumata görə Xırdalanda faciə baş verib.

Hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb.

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Faktla bağlı araşdırma aparılır.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir