Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

BDM nümayəndə heyəti Çanaqqala Dəniz zəfərinin 102-ci ildönümü tədbirlərində iştirak edib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev, sədrin birinci müavini Samir Adıgözəlli, eyni zamanda BDM-in Türkiyə nümayəndəliyi, İstanbul Sənayeçi və Yatırımçı İşadamları Dərnəyinin (İSİYAD) başqanı Cemal Çoban və başqan vəkili Turqut Tarlıq Çanaqqala Dəniz Zəfərinin 102-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərdə iştirak edib. Azərbaycan nümayəndə heyəti xüsusi mehribanlıqla qarşılanmışdır.

Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Bakıdan gələn və Çanaqqalada vuruşaraq şəhid olmuş azərbaycanlıları xüsusi qeyd edərək, onları şükranla andığını bildirib.

Nümayəndə heyəti ilk olaraq çələnqoyma mərasiminə qatılıb. Daha sonra Çanaqqala şəhidliyini və eyni zamanda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə qoyulmuş lövhəni ziyarət edib.

Məlum olduğu kimi BDM-in təşəbbüsü ilə 2010-cu il martın 18-də Çanaqqala şəhidliyində Türkiyənin istiqlal savaşında şəhid olmuş azərbaycanlıların xatirəsinə lövhə qoyulmuşdur. Lövhənin abidə ilə əvəz olunması istiqamətində BDM öz fəaliyyətini davam etdirməkdədir. Beləki, bu istiqamətdə BDM və İSİYAD ortaq fəaliyyətə başlamış və səfər çərçivəsində bir sıra dövlət qurumlarında, Çanaqqala valiliyində, Orman Bakanlığında rəsmilərlə görüş keçirib, müzakirələr aparmışdır.

 

BDM mətbuat xidməti

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir