Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Xaçınçay su anbarının ətrafı minalardan təmizlənir

“Ağdamda yerləşən Xaçınçay su anbarının ətraf ərazisi və anbardan ayrılan beton suvarma kanalının sağ-sol sahilinin təmizlənməsi ilə bağlı tapşırıqlar verilib”.

Boyukmillet.com “Report”un Qarabağ bürosuna istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun rəhbəri, baş leytenant Süleyman Heydərov bildirib.

Onun sözlərinə görə, minatəmizləmə qrupunun üzvləri Türkiyə Silahlı Qüvvələrində müvafiq kurs keçib və beynəlxalq dərəcəli sertifikatlarla təmin ediliblər: “Tapşırığa əsasən, qruplar təmizləmə işlərini həyat keçirməkdədir. Qrup fərdi axtarış vasitələri ilə minalardan təmizləmə işlərini icra edir. Tapşırıqların icrası zamanı mina qədər təhlükəli partlamamış hərbi sursatlar aşkarlanıb və müvafiq tədbirlər görülüb. Həmçinin aviasiya vasitəsilə atılan bombacıqlar da tapılıb. Onlar tenis topuna oxşadığına görə insanın diqqətini cəlb edə bilər. İnsanlara müraciət edirik ki, belə bir sursat gördükləri təqdirdə toxunmadan FHN-in “112” qaynar telefon xəttinə məlumat versinlər”.

Check Also

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər …