Bazar , 15 Noyabr 2026
Drone Cameras

Xaçmazda avtomobil FHN əməkdaşını vurub

Xaçmaz rayonunda yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Xaçmaz – Xudat avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21014” markalı çörək daşıyan avtomobil yanğın olan ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı 1989-cu il təvəllüdlü Ağabalayev Fəxarət Həsənbəy oğlunu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …