Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Xalça Muzeyində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Xalça Muzeyində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz!” adlı tədbir təşkil olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Şuşa şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə “CBC” televiziyasının hazırladığı “Müstəqilliyimizin üç rəngi” adlı qısametrajlı sənədli film nümayiş olunub.

Şuşa filialının əməkdaşı Səbinə Əzizova bildirib ki, tədbirin keçirilməsində məqsəd gənc nəslə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumat verməkdən ibarətdir.

Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva milli-mənəvi dəyərlərimizin qorunmasında Ulu Öndərin və Prezidenti İlham Əliyevin xidmətlərindən söz açıb.

Sonra qonaqlara Texniki Yaradıcılıq Mərkəzinin hazırladığı mahnı və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya təqdim olunub.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir