Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Ağdamda piyadanın ölümünə səbəb olan sürücü tutulub

Ağdam rayonunda piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. “Report”un məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Bəhrəm Hüseynovu avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü Fəxri Əliyev tutulub.

Qeyd edək ki, hadisə noyabrın 8-də rayonun Xındırıstan qəsəbəsinin ərazisində baş verib. B.Hüseynov naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində olub. Piyadanın ölümünə səbəb olan sürücü F.Əliyev hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Check Also

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir