Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Azərbaycan Dağıstandan 5 mln. dollarlıq təbəqə şüşə alacaq

Dağıstanın “Kaspi” təbəqə şüşə zavodu Azərbaycana 5 mln. ABŞ dolları həcmində təbəqə şüşə tədarük edəcək. “Report” xəbər verir ki, məhsulun tədarükünə dair razılaşma zavod ilə Azərbaycanın “Qlass Haus” şirkəti arasında imzalanıb.

“Kaspi” təbəqə şüşə zavodu Dağıstanda fəaliyyət göstərən iri müəssisədir. İnvestisiya layihəsi 2013-cü ildə həyata keçirilib. Zavodun layihə gücü sutkada 600 ton təbəqə şüşəsi təşkil edir. 2016-cı ildə zavodda 190 min tondan artıq məhsulun istehsalı nəzərdə tutulub. Bu isə ötən ilin faktiki istehsal göstəricisi ilə müqayisədə 13% çoxdur.

Qeyd edək ki, 2015-ci ildə valyuta kreditləri bahalaşdığı üçün zavodun maliyyə problemləri yaranmışdır, müəssisədə nəzarət proseduru tətbiq olunmuşdur.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir