Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb

Xankəndi şəhərində 36 silah aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində isə 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Check Also

Əlillik təqaüdləri düzəltmək adı ilə 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər …