Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Xankəndində ermənilərin qaçması ilə bağlı reportajı mərmi səsi yarımçıq kəsdi

Bu gün Rusiyanın “Life Shot” “Youtube” kanalında erməni Azərbaycanın Ermənistanın işğalı altında olan Xankəndi şəhərindən ermənilərin qaçması ilə bağlı reportajını yaşayış məntəqəsinə düşən mərmi yarımçıq kəsib.

Boyukmillet.com-un məlumatına görə, müxbir hazırkı dövrdə hər hansı hərbi proqnozlar verməyin çətin olduğunu bildirib.

Həmin zaman şəhərdə daha bir partlayış baş verir.

Videodan da göründüyü kimi, kanalın müxbiri və operatoru dərhal atılan mərmiyə tuş gəlməmək üçün zirzəmidə gizlənməyə çalışırlar. Onların gizləndiyi zirzəmidə isə çoxlu sayda şəhər sakini var.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …