Şənbə , 10 May 2025
Drone Cameras

Xankəndində susuz qalan ermənilər – FOTOLARDA


Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni əhalisi son 10 gündə ciddi su çatışmazlığı ilə üzləşib. Şəhəri su ilə təmin edən üç çaydan birinin quruması, ikisinin suyunun azalması su böhranına səbəb olub. Su çatışmazlığına havaların isti keçməsi və yağışın yağmaması da səbəb olub.

Boyukmillet.com  xəbər verir ki, hazırda çıxış yolu kimi köhnə artezian quyularından istifadə edilir. Yanğınsöndürən maşınlarla əhaliyə su çatdırılır. Ümid isə hava şəraitinin dəyişməsinə qalıb.

“Su və Kanalizasiya” şirkətinin direktoru Gagik Poqosyan, son 40 gündə Xankəndində yağış olmadığını və havanın temperaturunun 30 dərəcədən aşağı düşmədiyini bildirir: “Təbii olaraq su istehlakı artdı və şəhərin su təchizatı azaldı və bu xaotik vəziyyətə səbəb oldu. Hazırda şəhərin 30% -i sudan məhrumdur. Su olmayan ərazilərdə sakinlərə 5 avtomobildə gecə -gündüz su paylayırıq. Sovet İttifaqı dövründən qalan iki artezian quyusunu artıq aktivləşdirmişik”.  Poqosyanın sözlərinə görə, belə vəziyyət indiyədək görünməyib, avqustun 7 -dən etibarən şəhərdə su problemi yaranıb.

Şəhərdə su ehtiyatları bərpa olunana qədər bütün avtomobil yuma məntəqələrində sudan istifadə dayandırılıb. Yaşayış binalarının həyətlərində çənlər quraşdırılır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi şəhərin  içməli su ilə təmin olunması üçün həyətlərdə 5 ton tutumlu çənlər quraşdırdığı qeyd olunur.

Əhalinin su ilə təmin olunmasında bölgədəki Rusiya sülhməramlı missiyası xüsusi fəaliyyət göstərir. Ruslar sakinlərə butılkalarda içməli su paylayırlar. Həmçinin, nəqliyyat vasitələri ilə evlərə su daşıyırlar.

Bəxtiyar Səlimov/Turkustan.az

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …