Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Xaricə gedən 10 minə yaxın ukraynalı çağırışçı ölkəyə qayıtmayıb

“Yol” sistemi ilə ölkəni tərk edən hərbi yaşda olan 10 minə yaxın ukraynalı geri qayıtmayıb. Eyni zamanda, bütün xaricə gedənlərin təxminən 11%-ni çağırışçılar təşkil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın “Qlavkom” nəşri məlumat yayıb.

Qeyd olunub ki, “Yol” sisteminə 96 442 nəfər hərbi yaşda olan kişi daxil olub: “Onlara geri qayıtmaq şərti ilə Ukraynanı tərk etməyə icazə verilib. 66374 nəfər xaricə səyahət etmək üçün verilən icazədən uğurla istifadə edib”,

Eyni zamanda, Ukraynanı tərk edənlərin əksəriyyətinin Volın, Ternopil, Lvov vilayətlərində yaşadığı bildirilib.

Check Also

KİV: “3+3” regional platforması ölkələrinin XİN başçıları İstanbulda birgə bəyanat qəbul edəcəklər

“3+3” regional platformasının beş ölkəsinin xarici işlər nazirləri (XİN) sabah İstanbulda keçiriləcək nazirlər toplantısının yekunları …