Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Xaricdə təhsil alaraq Azərbaycana qayıdıb dövlət xəstəxanalarında işləyən həkimlərin sayı açıqlanıb

“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sayəsidə vətəndaşlar keyfiyyətli tibbi xidmətlərlə təmin olunurlar”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün vətəndaşlarımız bahalı tibbi əməliyyatlardan ödənişsiz istifadə edirlər: “Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması istiqamətində müvafiq addımlar atırıq. Xaricdə təhsil almış 66 tibb işçisi dövlət xəstəxanalarında yerləşdirilib. Onlardan 42-si cərrahi, 24 terapevtik sahə üzrə ixtisaslaşıblar”.

O bildirib ki, ötən il 34 milyon manatlıq tbbi avadanlıq alınıb dövlət tibb müəsssisələrinə təqdim olunub.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …