Cümə , 9 Yanvar 2026
Drone Cameras

Xarici diplomların tanınması bu tarixdən dayandırılacaq

“Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir və sistemin daha effektiv işləməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə TKTA məlumat yayıb.

Bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.

“Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur”,- deyə əlavə edilib.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …