Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Xarkov konsulluğunun dəvəti ilə TRT Ukraynada səfərdədir

Xarkov meri İqor Terekov şəhərdəki vəziyyətlə bağlı Türkiyə mətbuatına açıqlama verib
Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun dəvəti ilə Türkiyənin mərkəzi televiziya kanalı TRT Ukraynada səfərdədir.
Boyukmillet.com xəbər verir ki, kanal əməkdaşları dünən mərmi və bombardmanlardan zərər çəkmiş Axtırka və Trostyanetsdə çəkiliş aparıblar.
Fəxri konsulluğun dəstəyi ilə türkiyəli jurnalistlər Xarkov meri İqor Terekovla görüşüb. O, şəhərin hazırkı durumundan danışıb, göstərdikləri köməyə görə türk və Azərbaycan xalqlarına təşəkkür edib.
Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun əməkdaşı Oleq Velikıx şahidi olduğu hücum anı barədə jurnalistlərə açıqlama verib.
Qeyd edək ki, mətbuat nümayəndələri evləri dağıdıldığına görə metrolarda məskunlaşan şəhər sakinləri ilə də görüşüblər.


Ayna Fərhad

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …