Cümə , 22 Noyabr 2024
Drone Cameras

Xarkov şəhərində Azərbaycan Ordusuna dəstək, işğalçı ermənistan təxribatına etiraz mitinqi keçirilib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun və Azırbaycan diasporunun birgə təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirilib. Fəxri konsulluğun binasının qarşısında keçirilən İzdihamlı aksiyada Azərbaycan diasporunun fəalları, gənclər ,türk,tatar və digər xalqların nümayəndələri, deputatlar və media təmsilçiləri iştirak ebib


Mitinqdə “Qarabağ bizimdir ,bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz Vətən bölünməz”, “erməni təcavüzünə son qoyulsun” şüarları səsləndirilib.


Aksiyada Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, ermənilərin xarici havadarlarına arxalanaraq son 2 əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətindən söz açıb. Son günlər azğınlaşmış düşmənin Tovuz rayonunda törətdiyi qanlı olayların da eyni məkirli siyasətə xidmət etdiyini vurğulayıb. Diplomat bildirib ki, ermənilər işğal etdikləri torpaqlardan geri çəkilməsə Ukraynada yaşayan 500 mindən çox Azərbaycanlı ölkəmizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə istənilən zaman silaha sarılaraq Vətənimizi düşmən tapdağından azad etməyə hazırıdır . Artıq Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya birliyi tərəfindən qəbul olunmaqdadır. Bunu artıq xəbis erməni ideoloqları dərindən anlamalı və məkirli siyasətlərindən geri çəkilməlidirlər deyə Əfqan Salmanov bildirib.


Tədbirdə Ukrayna Milli Dəmir Yolu Nəqliyyatı Universitetinin prorektoru Qleb Vatulya və Sumı Vilayət Şurasının deputatı Oleq Ostapenko çıxış edərək, son günlər ermənilərin Tovuz rayonunda törətdikləri qanlı təxribatı pislədiklərini bildiriblər. Ukrayna dövlətinin həmişə olduğu kimi Azərbaycanın haqqlı mövqeyinə dəstək verdiyini vurğulayan natiqlər, iqtisadi inkişafına görə bölgənin lider dövlətinə çevrilən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını qeyd ediblər.
Tədbirdə Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, Diaspora rəhbərlərindən Kifayət Cəfərova, Murad Ömərov və digər soydaşlarımız çıxış edərək, indiyədək ermənilərin işğalçılıq siyasətinə göz yuman BMT, ATƏT və digər beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər. Böyük coşqu ilə keçən aksiyada bir fikir xüsusi vurğulanıb ki, Xarkov vilayətində yaşayan 30 mindən çox soydaşımız özlərini müstəqil Azərbaycanın sıravi əsgərləri hesab edir , istənilən zaman silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdırlar.

Почётное Консульство Азербайджанской Республики в г. Харьков adlı şəxsin şəkli.
Почётное Консульство Азербайджанской Республики в г. Харьков adlı şəxsin şəkli.Почётное Консульство Азербайджанской Республики в г. Харьков adlı şəxsin şəkli.
Почётное Консульство Азербайджанской Республики в г. Харьков adlı şəxsin şəkli.
Почётное Консульство Азербайджанской Республики в г. Харьков adlı şəxsin şəkli.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …