Bazar , 30 İyun 2024
Drone Cameras

Xarkovda Xocalı soyqırımı ilə bağlı elmi konfrans keçirilib

Xarkov şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən tədbirdə Xarkov Vilayət Administrasiyasının nümayəndələri, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov 26 il əvvəl erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata

keçirdikləri amansız soyqırımı hadisəsindən bəhs edib. O son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar.

Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Ukrayna Dövlət Nəqliyyat və Dəmiryolu Universitetinin rektoru Sergey Pançenko, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov, Xarkov Vilayət Administrasiyasının beynəlxalq əlaqələr və millətlər departamentinin rəhbəri Kamasa Marqarita və digər şəxslər belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

Anım mərasimində jurnalist Elşad Eyvazlının Ukrayna dilinə tərcümə olunmuş “Böyüməyən uşaqlar” kitabı tədbir iştirakçılarına təqdim olunub. Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən kitab erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında dəyərli əyani vəsait kimi qiymətləndirilib. (Emil Hüseynli, Azertac-ın xüsusi müxbiri, Xarkov)

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir