Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib.

Bu barədə “Report”a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.

“Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu təxliyə edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik. Təxliyə ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, raket zərbələrinin endirildiyi ərazi fəxri konsulluq binasına yaxın yerləşir.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …