Bazar , 24 May 2026
Drone Cameras

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin etdiyi xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 26-sı axşamadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Check Also

Bu gündən Azərbaycanda 5 gün fasiləsiz yağış yağacaq

Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək. Bu haqda  Milli Hidrometeorologiya Xidmətindən məlumat …