Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”

“Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: “İki nəfər əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımi köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsi işlərində fəal iştirak edirlər”.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …