Bazar , 28 Aprel 2024
Drone Cameras

XİN: “Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb”

“Bu gün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq. Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil”.

Boyukmillet.com  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

XİN rəsmisi əlavə edib ki, postmünaqişə dövründə təbliğat işi daha da gücləndirilməlidir: “Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərinə bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi ciddi öhdəlik düşüb. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Təbii ki, bu, son deyil. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq”.

Check Also

Türkiyə səfiri: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik. Boyukmillet.com xəbər verir …