Cümə , 10 Aprel 2026
Drone Cameras

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı XİN “X” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Əlaqə vasitələri:

Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi

[email protected]

+972 54 539 77 88

Check Also

Yaponiya neft ehtiyaclarını təmin etmək üçün Azərbaycandan əlavə həcmlər alır

May ayında Yaponiya strateji neft ehtiyatlarından təxminən 20 günlük daxili istehlaka bərabər olan həcmləri bazara …