Bazar , 23 Fevral 2025
Drone Cameras

XİN başçısı: “Ermənistan və onun havadarları yeni reallığı qəbul etmək istəmir”

“44 günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb. Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirirlər”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində diplomatlar üçün “Xarici siyasət” proqramının bağlanış mərasimində deyib.

Nazir bildirib ki, hazırda regionda çox mühüm proseslər baş verir.

O əlavə edib ki, indi gənc diplomatlar bu proseslərdə birbaşa iştirak edəcəklər və buna görə də bu ixtisasın daşıdığı məsuliyyəti dərk etməlidirlər.

Nazir 38 gənc mütəxəssisin iştirak etdiyi proqramın icrasının uğurla həyata keçdiyini qeyd edib.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …