Bazar , 8 Fevral 2026
Drone Cameras

XİN başçısı: “İran-Azərbaycan münasibətlərinin inkişafı üçün təşəbbüslər var”

“İki ölkə arasında münasibətlərin inkişafı üçün təşəbbüslər var”.

Boyukmillet.com “Iran Times”a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmirabdullahian söyləyib.

“Biz iki ölkənin rəsmi şəxsləri arasında iqtisadi, ticarət və mədəni sahələr üzrə qarşılıqlı səfərlərin artmasının şahidi olacağıq”, – nazir vurğulayıb.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycanda səfərdədir. O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.

Check Also

Tarixi məhkəmə başladı – Yekun qərar elan olunacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən …