Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq qurumları təşkilatçılara qarşı cəza tədbirlərini görməyə çağırıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan bayrağının Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı yandırılması ilə bağlı beynəlxalq qurumları təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilib.

“Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq”, – açıqlamada vurğulanıb.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …