Bazar ertəsi , 12 May 2025
Drone Cameras

XİN: “Qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir”

“Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində bildirilib.

Qeyd edilib ki, erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir:

“Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”.

Check Also

Yaşar Gülər Azərbaycana səfər edəcək

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə …