Çərşənbə , 4 Mart 2026
Drone Cameras

XİN rəhbəri: “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayır”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan işğaldan azad edilmiş ərazilərini fəal şəkildə bərpa edir. Bu il ərzində həmin ərazilərə Rusiya biznes nümayəndə heyətlərinin çoxsaylı missiyaları həyata keçirilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayırıq”.

Nazir qeyd edib ki, bugünkü görüşdə “Şimal-Cənub” layihəsinin təşviqinin zəruriliyi ayrıca müzakirə olunub.

“Hesab edirik ki, bu layihənin və tranzit marşrutunun potensialı daha böyükdür”, – Bayramov bildirib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …