Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

XİN rəhbəri: “NATO və ABŞ Azərbaycanın Əfqanıstandakı missiyada iştirakını yüksək qiymətləndirib”

“Təkcə NATO deyil, ABŞ da Azərbaycanın Əfqanıstandakı missiyada iştirakını yüksək qiymətləndirib və buna görə ölkəmizə minnətdarlığını bildirib” .

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və ABŞ arasında əməkdaşlıq çoxdan başlayıb və müxtəlif sahələr üzrə həyata keçirilir.

Nazir qeyd edib ki, enerji, humanitar, terrorla mübarizə və digər sahələr üzrə əməkdaşlığa xüsusi diqqət ayrılır. ABŞ ilə münasibətlərin digər sahələr üzrə də inkişaf perspektivləri mövcuddur.

“NATO ilə münasibətlər də dərin köklərə malikdir. NATO-nun mandatı çoxşaxəli olduğundan Azərbaycan və Alyans arasında münasibətlər müxtəlif sahələr üzrə həyata keçirilir”, – XİN rəhbəri deyib.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …