Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Xocalıda kitabxanadan çox sayda silah-sursat tapılıb

Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan “Report”a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik “TŞK” markalı pulemyot, 5 ədəd 12.7 mm-lik “PK” markalı pulemyot, 42 ədəd müxtəlif çaplı “AK” markalı avtomat, 1 ədəd 30 mm-lik “AQS-17” markalı qumbaraatan, 4 ədəd “RPQ-5” markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …