Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Xocavənddə yaralanan polislərlə bağlı yeni açıqlama

Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində yaralanan polislərimiz xəstəxanaya yerləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Axar.az-a DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

“Yaralanan polis əməkdaşları müvafiq xəstəxanaya yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir. Həyati təhlükələri yoxdur”, – E.Hacıyev qeyd edib.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …