Cümə , 9 May 2025
Drone Cameras

Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb

2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb.

Videoda görünür ki, cənublu soydaşlarımız bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırmasını qürur və fəxarətlə qeyd edir, hərbçilərimizə “Yaşasın Azərbaycan”, “Azərbaycan, Azərbaycan” şüarları ilə dəstək olurlar.

Qeyd edək ki, tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Tarixi abidə qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …