“Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq.
Boyukmillet.com xəbər verir ki, “Qafqazinfo” bu məqamda hər iki sektorda işləyən işəgötürən və işçilərin əməkhaqqından 2022-ci ildən etibarən nə qədər sığorta haqqı tutulacağı ilə maraqlanıb. İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza nümunələr əsasında cavab verilib. Bildirilib ki, 2022-ci ildən etibarən hesablanma qaydası aşağıdakı kimi olacaq.
Nümunə ilə izah edək:
• İşəgötürən tərəfindən.
İşəgötürən işçiyə aylıq 700 manat əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 14 manat (700*2%=14) icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000 manatın 2%-i, yəni 160 manat (8000*2%=160), qalan 500 manatın isə 0.5%-i, yəni
2.5 manat (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır.
Nəticədə işəgötürən işçi üçün aylıq 162.5 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
• İşçi tərəfindən
1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700 manatdır. Bu halda, onun əməkhaqqından 2%, yəni aylıq 14 manat (700*2%=14) icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500 manatdır. Bu zaman 8000 manatın 2%-i, yəni 160 manat (8000*2%=160), qalan 500 manatın isə 0.5%-i, yəni 2.5 manat (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır.
Nəticədə işçinin əməkhaqqından aylıq 162.5 manat icbari tibbi sığorta haqqı tutulacaq.