Cümə , 3 May 2024
Drone Cameras

YAP deputatından İsrailə dəstək – “Azərbaycan dostluğu unutmur”

“Dünyanın harasında olmasından asılı olmayaraq Azərbaycan terroru pisləyir və terrorçuların qətiyyətli şəkildə cəzalandırılmasının tərəfdarıdır. Azərbaycan terrordan uzun illərdir əziyyət çəkən dövlət kimi, eyni zamanda İsraillə dost ölkə kimi İsrail dövlətinə və xalqına qarşı terroru, hərbi təcavüzü pisləyir”.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib. A.Hüseynov qeyd edib ki, dost İsrail dövlətinə qarşı hərbi hücum, terror nəticəsində çoxsaylı insanların həlak olması təəssüf doğurur.

Aydın Hüseynov: "Azərbaycan regionda sülh təşəbbüskarıdır" - Xalq.Az

Deputat qeyd edib ki, sosial şəbəkələrə nəzər yetirdikdə Azərbaycan cəmiyyətinin dost İsrail dövləti və xalqına qarşı bu xain hücumdan narahat olduğu, Azərbaycan cəmiyyətinin böyük hissəsinin İsrail xalqını müdafiə etdiyi açıq görünür. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan xalqı ən taleyüklü günlərində onun ədalətli mövqeyini müdafiə edən, ona siyasi, mənəvi dəstək verən heç bir dostunu, o cümlədən İsraili unutmur: “Yəhudi xalqı Qarabağ müharibəsində Azərbaycan xalqının ədalətli mövqeyini müdafiə etdi, Azərbaycanda yaşayan yəhudilərin təmsilçiləri torpaqlarımızın azadlğı uğrunda döyüşüblər, şəhid olublar, onların sırasında milli qəhrəmanlarımız var. Biz İsraildə və Qəzza zolağında həlak olanlara görə üzülürük. İnanırıq və ümid edirik ki, bölgədə terrorun kökü nəhayət kəsiləcək”.

Musavat.com

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …