Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Yaponiya yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir

Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Yomiuri qəzeti məlumat yayıb.

Qeyd olunub ki, müvafiq qərar avqustun əvvəlində qüvvəyə minə bilər. Bundan əlavə, Yaponiya hakimiyyəti Rusiyaya elektromobil və hibridlərin ixracını tamamilə qadağan etməyi gözləyir.

Yaponiyanın Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq etdiyi sanksiyalar artıq Rusiyadan 1000-ə yaxın insanı və 100-ə yaxın təşkilatı əhatə edir.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …