Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyasının yenidən işə salınmasına hazırlıq görülür

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası (AES) olan “Kasivazaki-Kariva” AES modernizasiyadan sonra fəaliyyətini bərpa etməyə hazırlaşır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Niiqata prefekturasının qubernatoru Hideyo Hanazumi uzun illər davam edən təhlükəsizlik yoxlamalarından və müdafiə mexanizmlərinin təkmilləşdirilməsindən sonra AES-nin yenidən işə salınmasına razılıq verib. O bildirib ki, görülən təhlükəsizlik tədbirləri ən sərt standartlara cavab verir və obyektin istismarı regionun sabit inkişafı üçün zəruridir.

Hazırda “Tokyo Electric Power Company” korporasiyası stansiyanın fəaliyyətinin bərpası üçün hazırlıqların yekun mərhələsini tamamlayır.

“Kasivazaki-Kariva” AES-nin işi 2011-ci ildə “Fukusima-1” atom stansiyasında baş vermiş qəzadan sonra tamamilə dayandırılmışdı.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …