Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb

Yaponiyada İşikava prefekturasında baş verən zəlzələ nəticəsində azı 34 nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, həlak olanların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu və bir neçə yaşayış binasının dağılmasına səbəb olan Suzu kəndinin sakinləridir.

Zərərçəkənlərin əksəriyyəti orta-ağır xəsarətlər alsa da, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu günə qədər bir nəfərin öldüyü məlumdur – zəlzələ zamanı bir kişi pilləkənlərdən yıxılıb. Daha əvvəl 27 qurbanın olduğu bildirilirdi.

Zəlzələ mayın 5-də Yaponiya dənizi sahilindəki Honsyu adasının mərkəzi hissəsində baş verib.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …