Yaponiyanın baş naziri Fumio Kisida hesab edir ki, Ukrayna ətrafında mövcud vəziyyət Şərqi Asiya regionunda təkrarlana bilər.
Boyukmillet.com xəbər verir ki, o, bunu ABŞ-a və bir sıra digər G7 ölkələrinə səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
“Rusiyanın Ukraynaya təcavüzünün bizə öyrətdiyi dərs ondan ibarətdir ki, Avropa və Hind-Sakit okean regionu üçün təhlükəsizlik təminatları bölünməzdir. Mən inanıram ki, Ukrayna indi bəlkə də sabahın Şərqi Asiyasıdır”.
Bu baxımdan Kisida Hind-Sakit okean regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün avropalı tərəfdaşlarla sıx əməkdaşlığın zəruriliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Yaponiya son zamanlar təhlükəsizlik sahəsində Avropa ölkələri ilə əməkdaşlığı gücləndirir.
Yaponiya hökumətinin başçısı Tokionun birliyə sədrliyinin başlamasına təsadüf edən G7 ölkələrinə tur çərçivəsində bu həftə Fransa, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ-a səfər edib.