Bazar , 15 Noyabr 2026
Drone Cameras

Yaponiyanın kosmik aparatı Ayın orbitinə buraxılıb

Yaponiyanın “SLIM” aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

“Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir”, – diqqətə çatdırılıb.

Yerin peykinin səthinə eniş gələn il yanvarın ortalarına planlaşdırılır.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …