Cümə , 22 Noyabr 2024
Drone Cameras

YASƏMƏN MÖHÜBBƏTQIZI “CƏMİYYƏTİN MAARİFLƏNMƏSİNDƏ, AĞSAQQAL TÖVSİYƏSİNƏ BÖYÜK EHTİYAC VARDIR”

Bu gün RVT-nın sədri Fatmaxanım Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilovla ictimai-siyasi həyatda baş verən hadisələrlə bağlı münasibətlərimizi bölüşdük.

Müharibədən sonra bəzi pozuculuq salmaq fikrində olanların, şəhid ailələrindən və qazilərimizdən istifadə etmək niyyətlərini pislədik. Fatma xanım BVM-dən sonra olan çörək növbələrindən, keçirdikləri çətin günlərdən söz açdı. Bu günlərdə şəhid anaları ilə görüşündəki fikirləri bizimlə bölüşdü. Müharibədən sonra çatışmamazlıqların çox olduğunu və bunların 2-3-5 ayda başa çata bilməməsindən söz açaraq dövlətin yanında sıx birləşməyə çağırdı. Şəhid dərdinin böyüklüyünü qeyd edərək, şəhid ailələrini dözümlü olmağa səslədi. “Bütün şəhid ailələri evlə təmin olunacaqdır” deyərkən bunu həyata keçirmək üçün müəyyən vaxt keçməlidir. “Qazilərimizin heç biri diqqətdən kənarda qalmayacaq”- deyilirsə yerlərdə bəzi işini yerinə yetirməyənlərə qarşı bizlər mübarizə aparmalıyıq.Biz hələ azad olunmuş şəhər və kəndləri yenidən qurmalıyıq. Bütün bunlar üçün müəyyən vaxt keçməlidir. Həssas təbəqəni qıcıqlandıranlar xəyanətkarlardırlar, bizim uğurlarımızı həzm edə bilməyənlərdir.Hər birimiz ölkə başçımızın yanında olmalı və görüləsi işlərdə kimin nəyə gücü çatırsa dəstəyini əsirgəməməlidir. Bədxahları birliyimizlə susdura bilərik. Gücümüz birliyimizdir!!

P.S Görüşdən böyük təəssüratla ayrıldım, nə yaxşı ki, Fatmaxanım kimi dünyagörmüş analarımız, hərbin sirrlərinə yiyələnmiş, Cəlil Xəlilov kimi təcrübəli polkovniklərimiz vardır.

Yasəmən Möhübbətqızı AJB-nin üzvü,

Beynəlxzlq Sülh Səfiri.

İSBAM sədrinin müşaviri

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …