Bazar , 19 May 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı:”İgid oğullarımızı tanıyaq”

Samir Tanrıverdi oğlu Əsgərov, Cəmşid Naxçıvanskı adına Hərbi Liseyi seçərkən Vətənin müdafiəsi keşiyində dayanmağı qarşısına məqsəd qoymuşdu. Sonra Hərbi Akademiyanı bitirdi və xidmətə başladı. 90-ci illərdə torpaqlarımız işğal olunduğu günlərdə Tovuz RPŞ də sahə müvəkkili işləyən polis mayoru Tanrıverdi Əsgərov yuxarı sərhəd kəndlərindəki döyüşlərindən, mühasirədən hansı yollarla çıxdığından danışarkən, Samirin erməni təcavüzkarlarına qarşı nifrəti artırdı.

MN -nin təyin etdiyi Goranboy, Cəlilabad, Astara, Şəmkir, Tovuzda N saylı hərbi hissələrdəki fəaliyyəti onun rütbələrini artırmaqda davam etmiş, Tovuz hadisələrində general Polad Həşimovla bir cəbhədə oldu. Briqada komandirin müavini olaraq düşmənə layiqli cavab verdi. Samir Tovuz döyüşündə yaralanaraq bir müddət müalicə alsa da, 44 günlük müharibə başlayan gündən Murovdağ cəbhəsində düşmənlə üzbəüz dayanmağa başladı. Murovun müdafiəsində əsgərlərinin qarlı -şaxtalı havada böyük ruh yüksəkliyi ilə dayandığını söyləyir. 3 oğul atası olan Samir ailədə də övladlarına ermənilərin işğalçı olduğunu təbliğ edərək ordumuzun qələbəsindən danışır ki , vətəni sevməyi öyrənsinlər.

Allah sizi qorusun İgid vətən oğlu! Vətən sizə güvənir, bu gün azad olan torpaqlarımızın hər qarışında qəhrəman oğulların tökülən qanı var.

Yaşasın Azərbaycan!!
TORPAQ UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!


Yasəmən Möhübbətqızı
AJB-nin üzvü Beynəlxalq sülh səfiri
İSBAM sədrinin müşaviri

Boyukmillet.com

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …