Cümə axşamı , 2 May 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı:”Dünya azərbaycanlıları, bayramınız mübarək!”

Boyukmillet.com xəbər verir ki, Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı öz facebook səyfəsində Dünya Azərbaycanlılarını Ramazan bayramı münasibətilə təbrik edib.

Boyukmillet.com həmin təbriki təqdim edir:

“Bu səhər ,11 ayın sultanı müqəddəs Ramazan ayının son günüdür.
Dünya müsəlmanları bayram axşamını qeyd edəcək,bir-birilərini müjdələyəcəklər!
Tanrı dünya müsəlmanlarının-türklərinin əmniyyətini davamlı etsin,düşmənlərinə aman verməsin!

İnsanlıq hörmətinə bir-birimizə qarşı ədəb-ərkan,hörmət və izzətlə davranaq!
Kimsəni davranışlarımızla aşağılamayaq,ailədə,kollektivdə həddini aşmayaq!
Ədalətlə hökm edək,əmr verək!

Milli ideologiyamızın ana xəttinə,vətənə,vəzifə funksiyalarımıza,vicdanımıza və islami dəyərlərə sədaqət nümayiş etdirək! Bu yolda
lazım gələrsə canımızdan keçməyə belə hazır olaq!
Birliyimizin canlı təzahürü -min bir əzabla,igid övladlarımızın qanı bahasına qazandığımız Zəfəri göz bəbəyimiz kimi qoruyaq !
Xalqımızın rifahının və layiqli həyat səviyyəsinin,iqtisadi və sosial inkişafın təməlini təşkil edən(edəcək)toxunulmazlığımıza və təhlükəsizliyimizə-sabitliyə,müdafiə qüdrətinin davamlı olmasına zəmanət verən çoxminli polisimizi və ordumuzu,dövlətin təhlükəsizliyində ayıq-sayıq duranları,qanunların dürüst icrasına cani-dildən çalışanları,sosial ədalətin bərpasına çalışan möhtərəmləri Tanrı hifz etsin!
Ədavətdən uzaq olaq!
Dünyamıza əminamanlıq arzu edək, dövlətimizə, bayrağımıza əbədi müstəqillik diləyək. Bu yolda əzmlə siyasi iradə göstərən ölkə rəhbərinə möhkəm sağlamlıq arzu edək.
Harda mehribanlıq və qarşılıqlı hörmət varsa,orada Allahın mərhəməti və bərəkəti var!
Allaha,Onun bəndələrinin qəbul etdiyi Ana Kitaba-Konstitusiyaya itaət edənlərə, böyük mükafatlar verən verilər, inşallah!
Zidd davransaq cəzadan kənarda dura bilmərik…
Əziz həmvətənlər bayramınız mübarək!”

Yasəmən Möhübbətqızı

Baş redaktor, AJB- nin üzvü.
Beynəlxalq Sülh Səfiri.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …