Cümə , 22 Noyabr 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı:”Qətiyyətli siyasəti, cəsarətli nitqi ilə fərqlənən BÖYÜK LİDER”

28 May Milli Müstəqillik Günüdür!

Hər bir lider həm də anında cəsarətli qərarları ilə lider olur. Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev bir neçə dəfə, o cümlədən strateji yol xəritələri ilə yeni iqtisadi model quruculuğuna başlayanda məhz belə cəsarətli qərarlar vermişdi və çağırışı imkana çevirmişdir.
Prezident İlham Əliyev də hər bir çətinliyi üstünlüyə çevirməyi bacaran liderdir.


Bu halda liderə güclü fəhm və dərin təfəkkür lazımdır ki, düzgün variant bucaq seçə bilsin. Həzrəti Əlinin belə bir deyimi var ki, “Ağıllı adamın zənni də gerçək olur”. İlham Əliyevin mühakimə qabiliyyəti və iti ağılı hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verir
Bu islahatların rəvan yolunu tapmağa
imkan verir
2019, 2020 və 2021 ci illərdə Azərbaycan tarixində ən irimiqyaslı sosial islahatlar, iqtisadi islahatlar, struktur islahatları, siyasi islahatlar, məhkəmə-hüquq islahatları və kadr islahatları aparılıb. Müstəqil Azərbaycan indiyədək bu miqyasda islahat görməyibdir.
Hansı ki, başqa ölkələrdə bu çapda deyil, daha kiçikmiqyaslı islahatlar belə ağrılı prosesə çevrilir. Hansı ki, bu ölkələrin hər biri Azərbaycana nisbətən daha böyük resurslara malikdir. Azərbaycanda isə islahatlar rəvan gedir – təkamül yolu ilə seçilibdir. Çünki cənab Prezident hansı islahatların və nə zaman aparılmasını zərgər dəqiqliyilə müəyyənləşdirir: dövlətin, biznesin və əhalinin maraqlarını uzlaşdırır.
Artıq dünyada “Azərbaycanda İqtisadi İslahatların İdarəedilməsi Modeli” deyilən bir fikir formalaşıb. Etiraf eşidilir ki,, qlobal iqtisadi artımın yavaşıması fonunda İlham Əliyevin apardığı iqtisadi islahatların əhəmiyyəti yüksəkdir
Prezident İlham Əliyevin rəhbərliyilə yaradılmış iqtisadi islahatların idarəedilməsi modeli plan və elastikliyin qovuşmasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə idarə etmədə aparılan islahatlarda əvvəlcə məmur-vətəndaş təmaslarından elektrona, indi isə elektrondan rəqəmsala keçid baş verir.
Prezident İlham Əliyevin idarəetmə islahatlarının tərkibi kimi kadr islahatlarını aparması və gəncləri önə çəkməsi, eyni zamanda nəsillərarası varisliyi qoruması islahatın uğurunu təmin edir
Əgər unutmamışqsa Prezident İlham Əliyev 2019-cu ili – fəlsəfəsinin mərkəzində “kamil insan” dayanan Nəsimi ili elan etmişdir. İlham Əliyev “kamil insan”ı 4-cü sənaye inqilabı şəraitində bu xüsusiyyətləri ilə təqdim edir. Peşəkar və vətənpərvər. Məhz belə bir insan post-industrial dövrdə – xidmət sektorunun, deməli həm də insan kapitalına əsaslanan sektorun inkişafı ilə öz vətəninə xidmət edə bilər.Prezident İlham Əliyev bu nöqtədən, Azərbaycan xalqının maraqlarından yola çıxmışdır.
Həllə illər öncə Ulu Öndər Heydər Əliyev özü öz diliylə demişdi. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Bəli Ulu Öndər Dünyanın ən güclü siyasətçisi olduğu üçün o nəinki öz yaşadığı illəri eyni zamanda bəlkə də özündən sonra gələcək yüz illərin gedişatın, həyat səlnaməsin bilirdi.
Prezident İlham Əliyev xalqının elə bir oğlu və elə bir şəxsiyyətdir ki, o, Azərbaycan xalqını dünyaya fədakar, sülhsevər, eyni zamanda, haqq yolunda hər bir formada mübarizə aparmağa və qalib gəlməyə qadir xalq olduğunu əyani şəkildə sübuta yetirmişdir. Bununla yanaşı o, şəffaf zəkası və açıq siyasəti ilə paxıl, xain, tamahkar, torpaq oğrusu olan erməni təbliğatının yalan və böhtanla quraşdırılmış mif dayaqlarını ifşa etmişdir. Yüz illərlə Azərbaycana və Azərbaycanlılara qarşı düşmənçilik siyasəti yürüdən xainlərin güvəndikləri və “məğlubedilməz” hesab etdikləri hərbi qüvvələrini diz çökdürdü.
Dövlətimizin başçısı güclü nitq yaddaşına malikdir, O, hər zaman hansı şəraitdə, hansı fikri ifadə etdiyini və edəcəyini gözəl xatırlayır. Təsadüfi deyil ki, dövlətimizin başçısının nitqlərində tərəddüd yer almır, qətiyyətli olması Prezidentimizin nitqlərinə hər zaman bacarıq qədər mükəmməl bir rəng qatır. İstər məntiqi ideya baxımından, istərsə də fikri ifadə etmək baxımından yalnız qətiyyət. İlham Əliyev isə olduqca yüksək nitq vərdişlərinə malik olduğu üçün hər hansı nitq tərəddüdündən, ifadə imkansızlığından uzaqdır. Söhbət siyasət kimi ciddi və qlobal mövzu ətrafında gedirsə, nitqdən olduqca dəqiq faktlar tələb olunur. Ölkə rəhbəri nitqində çox məsuliyyətlidir, xüsusilə statistik rəqəmlər bildirərkən dəqiq olmayan rəqəmlərə müraciət etmir. Siyasət mühiti çox mürəkkəb sahə olduğu üçün burada münasibətlərin formalaşması, ünsiyyətin qurulması da çox fərqli bir sistem təşkil edir.
Tanrı Azərbaycanımızın Müzəffər Prezidentini və Qəhrəman xalqımızı qorusun.

Yasemən Möhübbətqızı

Baş redaktor,AJB- nin üzvü
Beynəlxalq Sülh Səfiri.
İSBAM sədrinin müşaviri.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …