Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yeni ildən indiyədək Xankəndi-Laçın yolunda 451 avtomobil maneəsiz keçid edib

2022-ci il dekabrın 31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 451 avtomobil maneəsiz şəkildə hərəkət edib.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşının əldə etdiyi məlumata görə, etirazların ilk günündə olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış yerində hərəkət etməsinə şərait yaradılıb.

Belə ki, həm minik, həm də yük maşınları Xankəndi-Laçın yolunun hər iki istiqamətinə keçid ediblər.

Onu da qeyd edək ki, indiyədək Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində erməni ailələr də olub. Həmin maşınlar geri qayıdanda isə nəqliyyat vasitələrinin yük yerində dərman preparatları və uşaq qidaları Xankəndi istiqamətinə aparılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən başlayan etiraz aksiyası 37 gündür davam edir.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …