Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayraqları qaldırılıb

Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.

Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.

Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.

Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər.

https://t.me/reportnewsaz/98069

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …