Şənbə , 18 May 2024
Drone Cameras

Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Bunun çox sevindirici hal olduğunu vurğulayan E.Əmrullayev buna görə Prezident İlham Əliyevə təşəkkür edib.

Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub. O, müəllimlərin seçiminə gəlincə deyib ki, nazirlik köç prosesinin başa çatmasını gözləyir: “Çünki məktəbdə nə qədər şagirdin tədris alacağını bilməliyik. Sevindirici fakt odur ki, müəllim sayı kifayət qədərdir”.

Check Also

Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub

Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. …