Bazar , 22 Dekabr 2024
Drone Cameras

Yeni Zelandiya Parlamentində Azərbaycan üzrə Dostluq Qrupu yaradılıb – SİYAHI

Yeni Zelandiyanın qanunverici orqanı olan Nümayəndələr Palatasında səkkiz millət vəkilindən ibarət Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib.

 

Bu barədə “Report”a Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Dostluq Qrupu Azərbaycanın Avstraliya İttifaqındakı və eyni zamanda Yeni Zelandiyadakı səfirliyinin təşəbbüsü ilə yaradılıb.

Bu barədə Səfirliyə qrupa rəhbər seçilmiş Tod Müller (Todd Muller) məlumat verib və qrupun Parlamentin Spikeri Deyvid Karter (David Carter) tərəfindən təsdiq edildiyini bildirib. Tod Müller eyni zamanda parlamentin Xarici Əlaqələr üzrə xüsusi komitəsinin üzvüdür. Qrupun üzvləri aşağıdakılardır:

1. Tod Müller (Todd Muller) – sədr;

2. Maheş Bindra (Mahesh Bindra);

3. Jami-Li Ros (Jami-Lee Ross);

4. Deyvid Bennet (David Bennett);

5. Stuart Smit (Stuart Smith);

6. Sara Divi (Sarah Dowie);

7. Mark Mitçel (Mark Mitchell);

8. Endrü Bayley (Andrew Bayley).

Qeyd edək ki, Yeni Zelandiya parlamentində dostluq qruplarının yaradılması praktikasında bir qayda olaraq, regional bölgüyə üstünlük verilir. Azərbaycan Respublikası Milli Məclisində də on yeddi millət vəkilindən ibarət Azərbaycan-Yeni Zelandiya Parlamanetlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Xanlar Fətiyevdir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir