Cümə , 19 Aprel 2024
Drone Cameras

Xaçmazdakı 32 istirahət mərkəzində ekoloji pozuntular aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xaçmaz rayonunun çimərlik sahəsinin ekoloji vəziyyəti ilə bağlı monitorinq aparıb.

 

APA-nın xəbərinə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, monitorinq zamanı Xaçmaz rayonunun sahil xəttindən dənizə axıdılan 87 axar qeydə alınıb.

“Rayonun Müqtədir kəndi ərazisində fəaliyyət göstərən “Oberlyuks”, “Dənizçi”, “Jalə”, “Gentleman” və “Sevdiyim məkan”, Seyidli kəndi ərazisində fəaliyyət göstərən “Flaminqo”, “Venesiya”, “Ulduz” və “Ulduz çimərlik” istirahət mərkəzlərində, “Bulaq”, “Golden” və ”Farley” çimərlik sahəsində, “Lokomotiv” istirahət bazasında, Nabran kəndi ərazisində fəaliyyət göstərən “Şahdağ”, “Caspian Sea” və “Əlincə” turist mərkəzlərində, “Sahil”, “Martı”, “Qağayı”, “Albatros”, “Oazis”, “Turist”,  “Nur-el”, “Olimp” və “Uğur” iaşə obyektlərində , “Pavilyon”, “Üç qardaş”, “Oskar”, “Yaşıl ada”, “Sarı Bulaq”, “Tropikanka”, “Mirvari” istirahət mərkəzlərində aparılmış monitorinq zamanı ekoloji normativ sənədlərin olmaması, o cümlədən suya olan tələbatın və formalaşan tullantı sularının hesabatının aparılmaması, şambolarda toplanan tullantı sularının daşınması barədə müqavilələrin bağlanmaması, bərk tullantıların düzgün qaydada idarə olunmaması və təmizləyici qurğuların işləmədiyi, tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdıldığı tərəfimizdən qeydə alınıb. İstirahət mərkəzlərindəki şambolar texnoloji normalara uyğun inşa edilmədiyindən, toplanan tullantı suları qrunt sularına qarışaraq təbii axarlar vasitəsilə Xəzər dənizinə axıdılmasına səbəb olur” – deyə bülletendə qeyd olunub.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir